Alyaska adalarındakı vulkanlar hərəkətə keçdi

Alyaska Vulkan Müşahidə Mərkəzinin geoloqu Kris Ueytomasın (Chris Waythomas) söylədiyinə görə...

1686855
Alyaska adalarındakı vulkanlar hərəkətə keçdi

 

  ABŞ-ın Alyaska ştatındakı üç vulkandan biri lava, ikisi isə buxar və kül püskürdür.

  Alyaska Vulkan Müşahidə Mərkəzinin verdiyi məlumata görə, üç fərqli bölgədəki Pavlov, Böyük Sitkin və Semisopoçnoy aktiv vulkanları kül və lavalarla hərəkətə keçib.

  Pavlov vulkanından aşağı səviyyəli kül buludları yüksəlib. Mərkəz vulkanın bu təhdid səviyyəsini artıq "sarı" deyil, "narıncı" adlandırıb.

  Alyaskanın Aleut (Aleutian) adaları sakinləri Böyük Sitkin vulkanından da lava axdığını bildiriblər. Daha sonra veb kameralardakı görüntülər də məlumatı təsdiqləyib.

  Alyaska Vulkan Müşahidə Mərkəzinin geoloqu Kris Ueytomasın (Chris Waythomas) söylədiyinə görə, bu zamana qədər vulkanların yaxınlığında yaşayanlara zərər yetişməyib. Kül buludları vulkanın zirvəsində olub, dağılmazdan əvvəl təxminən 9,7 kilometr cənuba doğru gedib.

  Aleut adalarının qərb ucundakı kimsəsiz bir adada olan Semisopoçnoy fulkanı isə fasiləsiz olaraq partlayır və kül buludu göyə sovrulur.



Әlaqәli Xәbәrlәr