Ennahda Hərəkatından prezident Kays Səidə çağırış

Tunisdəki Ennahda Hərəkatı, prezident Kays Səidin 25 İyul qərarlarının “islahat üçün fürsətə çevrilməsi” barədə çağırış edib.

1686042
Ennahda Hərəkatından prezident Kays Səidə çağırış

 Ennahda Hərəkatı Şura heyətinin sosial media hesabındakı açıqlamada: “25 İyulda qəbul edilən qərarları islahat fürsətinə çevirməliyik və bu təcrübələr demokratikləşmə mərhələlərindən biri olmalıdır”.

Qeyd edək ki, İyulun 25 -də Tunisdə hökumət və müxalifət partiyalar əleyhinə kütləvi etiraz aksiyaları keçirildi. Nümayişlər zamanı bəzi partiya mərkəzlərinə, xüsusən Ennahda Hərəkatına hücum təşkil edildi. Prezident Səid, Parlamentin bütün səlahiyyətlərini dondurduğunu, millət vəkillərinin toxunulmazlığını dayandırdığını, hazırkı Baş nazir Hişam əl-Maşişini vəzifədən azad etdiyini və təyin edəcəyi bir baş nazirlə icra hakimiyyətini tihvil alacağını açıqladı. Bu qərarlardan sonra, Əsgərlər Tunis Parlamentinin sədri və Ennahda Hərəkatının lideri Rəşid əl-Qannuşi və onu müşayiət edən millət vəkillərinin parlamentə daxil olmalarına icazə vermədilər. Qannuşi xalqı Prezident Səidin qərarlarına qarşı sülh yolu ilə mübarizəyə çağırdı və heç bir hüquqi əsası olmayan bu addımın “çevriliş cəhdi” olduğuna diqqət çəkdi.



Әlaqәli Xәbәrlәr