ABŞ əfqan miqrantları "Türkiyə daxil olmaqla heç bir ölkəyə yönəltmədiklərini" bildirib

Ned Prays gündəlik mətbuat konfransında ölkəsinin əfqan miqrant  proqramını genişləndirməsi və üçüncü ölkə bəyanatına dair açıqlama verib.

1685935
ABŞ əfqan miqrantları "Türkiyə daxil olmaqla heç bir ölkəyə yönəltmədiklərini" bildirib

ABŞ əfqan miqrantları "Türkiyə daxil olmaqla heç bir ölkəyə yönəltmədiklərini" bildirib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik mətbuat konfransında ölkəsinin əfqan miqrant  proqramını genişləndirməsi və üçüncü ölkə bəyanatına Türkiyənin reaksiyası ilə bağlı verilən suala belə cavab verib:

"Qeyd etmək istərdim ki, sığınacaq istəyən şəxsləri müəyyən təhlükəsiz bölgələrə yönəltmək və ya təşviq etmək ABŞ hökumətinin siyasəti deyil. Biz heç kimi Türkiyə daxil olmaqla müəyyən bir ölkəyə yönəltməmişik. Əfqanların Türkiyəyə səfər etmə ehtimalı ilə əlaqədar açıqlamların səbəb olduğu narahatlıqdan təəssüflənirik".

Ned Prays Suriya, İraq, Əfqanıstan, İran və digər ölkələrdən 4 milyondan çox qaçqına ev sahibliyi edən Türkiyəyə minnətdar olduqlarını da vurğulayıb.



Әlaqәli Xәbәrlәr