Oğurlanan şagirdlərin sərbəst buraxılması üçün rekord fidyə

Nigeriyada silahlı dəstələr tərəfindən oğurlanan şagirdlərin azadlığa buraxılmaları üçün 7 ay ərzində 2.4 milyon dollar fidyə ödənilib.

1685248
Oğurlanan şagirdlərin sərbəst buraxılması üçün rekord fidyə

TRT-nin Punch qəzetinə istinat etdiyi xəbərinə görə milli təhlükəsizlik hesabatında ölkədə təhlükəsizlik problemlərin artdığına diqqət çəkilib. Qeyd edilib ki, Ötən ilin noyabr ayından cari ilin may ayına dək silahlı dəstələr tərəfindən ölkənin şimal -qərbində məktəblərə 5 basqın təşkil edilib. Həmin hücumlar zamanı yüzlərlə tələbə qaçırılıb. Onların sərbəst buraxılmaları üçün üçün 2,4 milyon dollar fidyə ödənilib. Lakin Nigeriya hökuməti sərbəst buraxılan tələbələr üçün heç bir fidyə ödəmədiyini açıqlayıb. Ölkədə son vaxtlar silahlı motosikletlilərin hücumlarının artmasına görə bəzi əyalətlərdə motosiklet istifadəsi qadağan edilib. Şagirdlər ölkənin Benue, Plateau, Katsina və Zamfara əyalətlərində bir neçə dəfə məktəbdən qaçırılıb. Bu səbəbdən ölkədə bəzi ştatlarda təhsil dayandırılıb.



Әlaqәli Xәbәrlәr