İsrailə qarşı 7 ərəb ölkəsi

Misirin "Mısri əl-Yəvm" qəzeti və Mavritaniyanın Səhra xəbər agentliyində yazılanlara görə...

1685707
İsrailə qarşı 7 ərəb ölkəsi

 

  İsrailin Afrika Birliyinə müşahidəçi üzv olmasına ərəb ölkələri - Misir, Əlcəzair, Komor adası, Tunis, Cibuti, Mavritaniya və Liviya etiraz etdi.

  Misirin "Mısri əl-Yəvm" qəzeti və Mavritaniyanın Səhra xəbər agentliyində yazılanlara görə, eyni zamanda Afrika Birliyi üzvləri olan 7 ərəb ölkəsinin nümayəndələri birlikdə İsrailin müşahidəçi qəbul edilməsi qərarıyla əlaqədar birliyin komissiya sədri Musa Fakiyə şifahi etiraz notası ünvanlayıb. Bu notada ərəb dövlətləri tərəfindən 7 Afrika ölkəsinin Fələstin məsələsinə verdiyi dəstəyi xatırlanıb və İsrailin Afrika Birliyinə müşahidəçi üzv qəbul edilməsinə etiraz dilə gətirilib. Bildirilib ki, İsrailin müşahidəçi üzv olaraq qəbul olunması Afrika Birliyinin prinsiplərinə ziddir. Komissiya sədri belə bir qərar qəbul edə bilməz. Çünki bu, siyasi baxımdan bir pozuntudur."

  Cənubi Afrika Respublikası, Namibya və Bostvana da İsrailin Afrika Birliyinə müşahidəçi üzv qəbul edilməsi qərarına etiraz bildiriblər.

 Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi 22 iyulda etdiyi yazılı şərhdə İsrailin 2002-ci ildən bəri ilk dəfə Afrika Birliyinə müşahidəçi üzv olaraq qəbul edildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr