Fələstin Slovakiyanın qərarına etirazını bildirib

Fələstin Slovakiyanın Qüdsdə mədəniyyət institutu qurmaq planına etiraz edib.

1685344
Fələstin Slovakiyanın qərarına etirazını bildirib

Fələstin Slovakiyanın Qüdsdə mədəniyyət institutu qurmaq planına etiraz edib.

Fələstinin rəsmi xəbər agentliyi "WAFA"-nın xəbərinə görə, Fələstin xarici işlər nazirinin müavini Emel Cadu Slovakiya Xarici və Avropa İşləri Nazirliyinin siyasi direktoru səfir Roman Bojeklə telefonla danışıb.

Cadu Fələstin rəhbərliyinin Slovakiya xarici işlər naziri İvan Korçokun Qüdsdə mədəniyyət institutunun açılması barədəki açıqlamasını qəbul etmədiyini bildirib.

Qərarın beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə və Avropa İttifaqının (Aİ) Qüdslə bağlı mövqeyinə zidd olduğunu vurğulayan Cadu bu qərarın İsrailin işğal olunmuş Qüdsü ilhaq etmək və yəhudiləşdirmək planını həyata keçirməyə təşviq etdiyini dilə gətirib. 

BMT Təhlükəsizlik Şurası 1980-ci ildə qəbul edilən 478 saylı qətnamə ilə İsrailin ilhaq və paytaxt elanını etibarsız etdi və Qüdsdə "diplomatik missiyalar qurmaqdan çəkinməyə" çağırmışdı.



Әlaqәli Xәbәrlәr