ABŞ-da helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatına bağlı Kolusa bölgəsində özəl helikopter qəzaya uğrayıb.

1683883
ABŞ-da helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatına bağlı Kolusa bölgəsində özəl helikopter qəzaya uğrayıb.

Bu barədə Mülki Aviasiya Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik Milli Şurası məlumat yayıb.

Məlumata görə, qəza zamanı dörd nəfər həlak olub.

Regionun polisi helikopterin avqustun 1-də günortadan (yerli saatla 13:15) sonra qəzaya uğradığını bildirib.

Hadisə ilə bağlı araşdırma təyin edilib. Qəzanın təhqiqatı Mülki Aviasiya Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik Milli Şurasının (NTSB) əməkdaşları tərəfindən aparılır.



Әlaqәli Xәbәrlәr