Belçika koronavirus tədbirlərini bir az da yumşaltdı

Xatirladaq ki, Belçika hökuməti iyundan məhdudlaşdırmaları azaltmış,  bağlı məkanların çoxunu açmışdı

1683385
Belçika koronavirus tədbirlərini bir az da yumşaltdı

 

  Belçikada tam peyvəndli adamların nisbətinin 70 faizi keçməsiylə hökumət yeni tip koronavirus (Covid-19) tədbirlərini bir az daha yüngülləşdirdi.

  Ölkədə mağaza və alver mərkəzlərindəki maksimum müştəri sayı məhdudlaşdırması tamamilə qaldırıldı. Mədəni və ya idman yarışları üçün bütün fəaliyyətlərə, 3 min nəfərlik bağlı məkanların tam olaraq çalışmasına və açıq məkanlarda 5 minə yaxın adamın ola biləcəyi tədbirlərə sərbəstlik verildi.

  Sərgilər, toylar, qonaqlıqlar və ziyafətlərdə 250 adam iştirak edə biləcək. Düşərgə kimi gənclik fəaliyyətlərində də maksimum 200 nəfərin birgə iştirakı mümkündür.

  13 avqustdan etibarən peyvəndlərinin tam olduğunu, 48 saat içində PCR testi etdirərək mənfi nəticə əldə etdiklərini və ya yaxın zamanlarda xəstəliyi sovuşdurduqlarını təsdiq edən (Covid Safa Ticket) sənədi göstərənlər açıq havadakı tədbirlərə qatıla biləcək.

  Qeyd edək ki, Belçikada yetkinlərin 70 faizindən çoxu peyvənd edildikdən sonra ölüm rəqəmləri xeyli azalıb.

  Xatirladaq ki, Belçika hökuməti iyundan məhdudlaşdırmaları azaltmış,  bağlı məkanların çoxunu açmışdı.



Әlaqәli Xәbәrlәr