Terror tәşkilatı Boko Haramın 91 üzvü tәhlükәsizlik qüvvәlәrinә tәslim olub

Bu barәdә ölkәnin Müdafiә Nazirliyinin sözçüsünin kömәkçisi Bernard Onyeuko mәlumat verib.

1683174
Terror tәşkilatı Boko Haramın 91 üzvü tәhlükәsizlik qüvvәlәrinә tәslim olub

Nigeriyanın şimal-şәrqindә terror tәşkilatı Boko Haramın 91 üzvü tәhlükәsizlik qüvvәlәrinә tәslim olub.

Bu barәdә ölkәnin Müdafiә Nazirliyinin sözçüsünin kömәkçisi Bernard Onyeuko mәlumat verib. O, tәhlükәsizlik qüvvәlәrinin ölkәnin Borno әyalәtindә әmәliyyat keçirdiklәrini qeyd edib. Әmәliyyat zamanı tәşkilata mәxsus çox sayda silah vә sursatın әlә keçirildiyi bildirilib.

Qeyd edәk ki, Boko Haram tәşkilatı 2000-ci ilin әvvәlindәn etibarәn Nigeriyadakı mövcudluğunu davam etdirir. Terror tәşkilatının 2009-cu ildәn etibarәn hәyata keçirdiyi hücumlar nәticәsindә 20 mindәn çox adam hәlak olub.



Әlaqәli Xәbәrlәr