Әfqanıstanda daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 60 nәfәrә çatıb

Bu barәdә Nuristan valisi Hafiz Abdul Kayyum mәlumat verib.

1683191
Әfqanıstanda daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 60 nәfәrә çatıb

Әfqanıstanın şәrqindәki Nuristan vilayәtindә leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 60 nәfәrә çatıb.

Bu barәdә Nuristan valisi Hafiz Abdul Kayyum mәlumat verib.

Bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib. Mәlumatda hәmçinin tәbii fәlakәt nәticәsindә 150 ev vә iki körpüyә ciddi ziyan dәydiyi vurğulanıb.

Hәmin bölgәnin Taliban qruplaşmasının nәzarәti altında olduğu qeyd olunub.



Әlaqәli Xәbәrlәr