Vladimir Zelenski Donbasla bağlı bәyanat verib

Ukrayna prezidenti Vladimir Zelenski Donbas bölgәsinin ölkәsinә daxil edilmәsinin Rusiya vә Avropa ölkәlәrindәn asılı olduğunu söylәyib.

1681817
Vladimir Zelenski Donbasla bağlı bәyanat verib

Ukrayna prezidenti Vladimir Zelenski Donbas bölgәsinin ölkәsinә daxil edilmәsinin Rusiya vә Avropa ölkәlәrindәn asılı olduğunu söylәyib.

Vladimir Zelenski paytaxt Kiyevdә tәşkil edilәn 30-cu Ukrayna Mәrkәzi Dövlәt Gücünün Azaldılması forumunda Donbas bölgәsi ilә әlaqәdar bәyanatlar verib.

Ukraynanın yerli rәhbәrliklәrinin güclәndirilmәsinә dair islahat prosesinin davam etdiyini bildirәn Vladimir Zelenski bu prosesin ölkәsi üçün müsbәt nәticәlәr doğurduğunu vurğulayıb.

V.Zelenski deyib: ‘‘Ukrayna uzun müddәtdir siyasi şәrait sәbәbindәn dövlәtin mәrkәzi gücünün azaldılması mәsәlәsindә sürәtli hәrәkәt edә bilmәdi’’.

Donbas mәsәlәsinin hәllinin yerli problemlәrә bağlı olmadığını ifadә edәn V. Zelenski bildirib ki, Donbas bölgәsinin  Ukraynaya  daxil edilmәsi Rusiya vә Avropa ölkәlәrindәn asılıdır.



Әlaqәli Xәbәrlәr