Liviyada iki kütlәvi mәzarlıq da aşkar edilib

Liviyanın Terhune şәhәrindә 2 kütlәvi mәzarlıq aşkar edilib.

1681818
Liviyada iki kütlәvi mәzarlıq da aşkar edilib

Liviyanın Terhune şәhәrindә 2 kütlәvi mәzarlıq aşkar edilib.

Mәlumata görә, hәyata keçirilәn qazıntı işlәri zamanı tapılan iki kütlәvi mәzarlıqda 12 nәfәrә aid meyit aşkar edilib. Aşkar edilәn meyitlәrlә bağlı әtraflı mәlumat verilmәyib.

Belәliklә 2020-ci ilin 5 iyun tarixindәn etibarәn Terhune şәhәrindә aşkar edilәn kütlәvi mәzarlıqların sayı 54-ә çatıb.

Liviya orqanları Terhune şәhәri vә әtrafında tapılan kütlәvi mәzarlıqlarda indiyәdәk 125 meyitin aşkar edildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr