ABŞ-la Rusiya arasında strateji sabitliklə bağlı görüş keçirilib

Rusiya və ABŞ-ın nümayəndə heyətləri İsveçrə Cenevrəsində bir araya gələrək, iki ölkə arasındakı mübahisələri, xüsusən də nüvə silahına nəzarəti müzakirə ediblər.

1682067
ABŞ-la Rusiya arasında strateji sabitliklə bağlı görüş keçirilib
Wendy Sherman-Sergei Ryabkov.jpg
rusya-abd bayrak.jpg

Rusiya və ABŞ-ın nümayəndə heyətləri İsveçrə Cenevrəsində bir araya gələrək, iki ölkə arasındakı mübahisələri, xüsusən də nüvə silahına nəzarəti müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, iki ölkənin əldə etdiyi razılaşmaların davamı olaraq strateji sabitlik mövzusunda Rusiya-Amerika dialoqunun yeni dəyirmi toplantısı keçirilib.

Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun, ABŞ nümayəndə heyətinə isə ABŞ dövlət katibinin müavini Vendi Şermanın başçılıq etdiyi iclasda iki ölkənin strateji sabitlik, silahlara nəzarət və risklərin azaldılması tədbirləri ilə bağlı yanaşmaları müzakirə edilib.

Görüşdən sonra mətbuata açıqlamalar verən Ryabkov görüşün konstruktiv keçdiyini və bundan məmnun olduqlarını bildirib.

Ryabkov iki ölkə arasında silahlara nəzarət sahəsində böhran olduğuna diqqət çəkib:

"ABŞ konstruktiv dialoqa hazırdır. Bu çox müsbət bir məqamdır. Görüşə ABŞ -ın bütün qurumlarını təmsil edən bir heyət qatıldı. Önəmli mövzularda fikir ayrılığımız olduğu qənaətinə gəldik. Həmfikir olduğumuz mövzuların olduğunu gördük və bunların əhatə dairəsini genişləndirmək istəyirik".

ABŞ ilə kiber təhlükəsizlik sahəsində qarşılıqlı əlaqədə olduqlarını ifadə edən Ryabkov bu sahədə dialoqu davam etdirmək istədiklərini dilə gətirib.

İngiltərə, Fransa və Çinin strateji sabitlik mövzusunda Rusiya ilə ABŞ arasındakı danışıqlarda iştirak etməyə hazır olmadıqlarına diqqət çəkən Ryabkov "Bununla belə, İngiltərə və Fransanın nüvə potensialı məsələlərini bir sonrakı mərhələdə nəzərdən keçirmək bizim üçün prioritetdir" deyə bildirib. 

ABŞ ilə yeni görüşün sentyabrın sonunda olacağını bildirən Ryabkov bu görüşə hazırlaşacaqlarını və işlərinə davam edəcəklərini söyləyib.



Әlaqәli Xәbәrlәr