Tunis Prezidenti Kays Sayid bəzi yüksək rütbəli dövlət məmurlarını vəzifəsindən azad etdi

Dövlətə məxsus Er-Raid bülleteni bu barədə məlumat yayıb. Bildirib ki, bazar günündən bəri Prezident Sayid dövlət məmurlarının işdən azad edilməsi ilə əlaqəli qərarlar qəbul edir.

1681427
Tunis Prezidenti Kays Sayid bəzi yüksək rütbəli dövlət məmurlarını vəzifəsindən azad etdi

Yeni Qərarlar çərçivəsində Baş nazirlik Şurasının direktoru Əl-Muiz Lediniallah əl-Müaddəm, Hökümət Baş katibi Vəlid əz-Zehebi, Baş nazirin məsləhətçiləri Rəşad İbn Ramazan, Seşim et-Teysevi və Mufdi əl-Masedi, İnqilab və Terrorist Əməliyyatlar Şəhidləri və Qazilər Komitəsinin Başçısı Abdurrezzak əl-Keylani vəzifəsindən azad edilib. Baş nazirin müşavirlərindən 8-i və eyni şurada çalışan 8 məmur da azad edilənlər arasında iştirak edir.

Xatırladaq ki, İyulun 26 -da Tunis Prezidenti Sayid Baş naziri, Müdafiə və Ədliyyə Nazirlərini istefaya göndərdi. Tunis Baş naziri Hişam əl-Məşişi, qərardan sonra verdiyi açıqlamada, Prezidentin yeni bir baş nazir təyin edəcəyi təqdirdə, insanların təhlükəsizliyini və hüquqlarını qorumaq üçün vəzifəsini təhvil verəcəyini bildirdi. Tunisdə yüzlərlə insanın iştirakı ilə 25 iyulda hökumət və müxalifət partiyaları əleyhinə etiraz aksiyaları keçirildi. Partiya mərkəzlərinə, xüsusilə Ennahda Hərəkatına hücumlar təşkil edildi. Prezident Sayid Məclisin bütün səlahiyyətlərini dondurduğunu, millət vəkillərinin toxunulmazlığını dayandırdığını, hazırkı Baş nazir əl-Məşişini vəzifəsindən kənarlaşdırdığını və təyin edəcəyi baş nazirlə icra hakimiyyətini təhvil alacağını açıqladı.

Hökumətə qarşı bu çevriliş cəhdindən sonra əsgərlər Tunis Parlamentinin prezidenti və Ennahda Hərəkatının Lideri Rəşid əl-Qannuşi və onu müşayiət edən millət vəkillərinin parlamentə daxil olmalarına icazə vermədi.



Әlaqәli Xәbәrlәr