Soyqırımı inkar etmək 28 iyuldan cinayət sayılacaq

Bosniya Herseqovinada "soyqırımı inkar etmək" 28 iyul tarixindən cinayət sayılacaq

1681566
Soyqırımı inkar etmək 28 iyuldan cinayət sayılacaq

 

  Bosniya Herseqovinada "soyqırımı inkar etmək" 28 iyul tarixindən cinayət sayılacaq.

  Bosniya Herseqovinanın ali nümayəndəsi Valentin İnzkonun 23 iyulda "Bonn səlahiyyət"inə söykənərək imzaladığı "Soyqırımın inkarının cəzalandırılmasına dair qanun" ölkənin rəsmi qəzetində dərc olunandan qüvvəyə minib.

  Qanuna görə, beynəlxalq məhkəmələrdə və Bosniya Herseqovina Məhkəməsində sübut edilmiş soyqırım, insanlığa qarşı cinayət və müharibə cinayətlərini inkar və əhəmiyyətsizləşdirən adamları 6 aydan 5 ilə qədər həbs cəzası gözləyir.

  İrq, rəng, din, milli və sosial mövqelərindən istifadə edərək millət və ya etnik birliyə qarşı nifrət və şiddəti qızışdıranlara isə 3 aydan 3 ilə qədər həbs cəzası veriləcək. Sözügedən təqsirləndirmələrlə bağlı afişa, əl elanı və broşür paylayanlar isə ən az 3 il həbsə məhkum ediləcək.

  Qanun ölkədəki serblər və Serbiya respublikasında sərt reaksiyalara səbəb olub. Bosniya Herseqovina Dövlət Şurasının serb üzvü Milorad Dodik Serbiyanın qanuna təşkilati cavab verəcəyini bildiirb.

  Bosniya Herseqovinadakı müharibədə 1995-ci ilin iyulunda 8 mindən çox boşnakın vəhşicəsinə qətl edildiyi Srebrenitsa soyqırımını israrla inkar edən M.Dodik serblərin bu qanunu əsla qəbul etməyəcəyini söyləyib, qanuna qarşı çıxan serb məmurlar isə vəzifələrindən istefa verəcəklərini elan ediblər.



Әlaqәli Xәbәrlәr