Yaponiyada peyvənd pasportu tətbiqinə başlandı

Yaponiya yeni tip koronavirus (Kovid-19) əleyhinə peyvənd olanlara “peyvənd pasportları” adlı sertifikatların verilməsi üçün müraciətlərin qəbuluna başlayıb.

1680747
Yaponiyada peyvənd pasportu tətbiqinə başlandı

TRT-nin Kyodo agentliyinə istinad etdiyi xəbərə görə, Yapon hökuməti beynəlxalq səyahət şərtlərini asanlaşdırmaq üçün Kovid-19 peyvəndlərini almış şəxslərə veriləcək "peyvənd pasportu" üçün müraciət prosesi başladıb.

Yerli idarələr tərəfindən pulsuz təqdim olunan və adı, pasport nömrəsi, peyvənd vurulduğu tarixin yazılı olacağı sertifikatlar, şəxsin Kovid-19 əleyhinə peyvənd olduğuna dair rəsmi sənəd hesab ediləcək.

Yaponiya hökuməti sertifikatların daha çox ölkədə etibarlı hesab edilməsi üçün səylər aparır.



Әlaqәli Xәbәrlәr