İngiltərə ordusunda qadınların 3-də 2-si təcavüzə məruz qalır
İngiltərə Silahlı Qüvvələrində qadınlara rəftarla bağlı "Tarixinin ən mühüm istintaqlarından biri" adlandırılan istintaqı milli müdafiə komitəsi, orduda əvvəllər xidmət etmiş 4106 qadın hərbçi və mövcud qadın personal dinləyib
İngiltərə ordusunda xidmət göstərən qadınların haradasa 3-də 2-sinin karyeraları boyu zorakılığa, cinsi təcavüzə və ayrı-seçkiliyə məruz qaldıqları ortaya çıxıb.
İngiltərə Silahlı Qüvvələrində qadınlara rəftarla bağlı "tarixin ən mühüm istintaqlarından biri" adlandırılan istintaqı milli müdafiə komitəsi, orduda əvvəllər xidmət etmiş 4106 qadın hərbçi və mövcud qadın personal dinləyib.
Komitədə iştirak edən millət vəkillərinə orduda məruz qaldıqları hadisələri danışan əvvəlki və mövcud qadın personalın 62 faizi qəbuledilməz davranışlara şahid olduğunu və ya bunlara məruz qaldığını bildirib.
Cinsi yaxınlığı rədd etdikləri üçün zorakılığa məruz qaldıqlarını söyləyən bəzi qadınlar isə digər həmcins yoldaşlarının kişilər tərəfindən uğradıqları hücumların şahid olduqlarını, ancaq bunları bildirməkdən qorxduqlarını qeyd ediblər.
İstintaqı idarə edən və özü də sabiq hərbçi olmuş millət vəkili Sara Aterton (Sarah Atherton) sözügedən mövzu ilə bağlı etdiyi şərhdə deyib: "Orduda təcavüzə uğrayan bir qadın səsini çıxarmağın karyerasına zərər verəcəyi qorxusuyla təcavüzkarla birlikdə yaşamaq və çalışmaq məcburiyyətində qalır."
İstintaq nəticəsində ölkənin Milli Müdafiə Nazirliyinə təcavüz və cinsi zorakılıq hadisələrinin hərbi tribunaldan vətəndaş məhkəməsinə sövq edilməsi istənilib. Çünki hərbi məhkəmələr, xüsusilə təcavüz hadisələrilə bağlı vətəndaş məhkəmələri ilə müqayisədə daha az müddətli həbs qərarı verir.