Tunis sahillərində 208 qanunsuz miqrant xilas olundu

Aralıq dənizindən qanunsuz olaraq Avropaya keçməyə cəhd edən miqrantları daşıyan qayığı su basıb.

1679636
Tunis sahillərində 208 qanunsuz miqrant xilas olundu

Aralıq dənizindən qanunsuz olaraq Avropaya keçməyə cəhd edən miqrantları daşıyan qayığı su basıb. Tunis sahillərində baş verən hadisədə 208 qanunsuz miqrant xilas olunub.

Tunis Milli Qvardiyasının mətbuat katibi Hüsaməddin Cibablı sahil təhlükəsizlik qruplarının Tunisin şimal, cənub və mərkəzi hissələrindəki fərqli sahillərdən Avropaya çatmaq üçün yola düşən və qayıqlarını su basan 155 miqrantı xilas etdiyini bildirib. 

Cibablı Əl-Mehdiyye şəhəri sahillərində qayıqları batan daha 53 immiqrantın xilas olunduğunu və Aralıq dənizi üzərindən Avropaya qanunsuz keçməyə hazırlaşan 38 immiqrantın Şafaks, Karkana və Hammamat şəhərlərində aparılan əməliyyatlarda yaxalandığını söyləyib.

Cibablı yaxalanan mühacirlərin hansı ölkənin vətəndaşları olduğu barədə məlumat verməyib və 10 immiqrantın əvvəllər törətdikləri cinayətlərə görə axtarıldığını bildirib.



Әlaqәli Xәbәrlәr