Fransada meşə yanğını nəticəsində 850 hektar ərazidə bitkilər məhv olub

Fransanın cənubundakı Od bölgəsində baş vermiş meşə yanğını nəticəsində azı 850 hektar sahədə bitki örtüyü məhv olub.

1679719
Fransada meşə yanğını nəticəsində 850 hektar ərazidə bitkilər məhv olub

Fransanın cənubundakı Od bölgəsində baş vermiş meşə yanğını nəticəsində azı 850 hektar sahədə bitki örtüyü məhv olub.

Bölgənədi yanğınsöndürmə xidmətindən bildirilib ki, yanğın Karkasondan Narbona gedən magistral yolun yaxınlığında baş verib. 850 hektardan çox ərazi məhv olub. Yanğının sahəsi böyükdür, bütün qüvvələr hazırda yanğına qarşı mübarizəyə atılıb”, - deyə yanğın briqadasının nümayəndəsi bildirib. O qeyd edib ki, yanğının Fonkuvert kommunasına doğru yayılması səbəbindən xilasedicilər 120-dən çox insanı evlərindən çıxarmaq məcburiyyətində qalıb. Yanğının söndürülməsində təxminən 900-dən çox xilasedici, 10-dan çox təyyarə və helikopter  iştirak edir.

Ölkənin daxili işlər naziri Gerald Darmanin "Twitter" hesabından etdiyi paylaşımda alovlara müdaxilə edən xilasedicilərə dəstəyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr