Çində daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çıxıb

Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

1679773
Çində daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çıxıb

Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfərin isə itkin düşdüyü bildirilir. Bir milyona yaxın insan insan təhlükəli bölgələrdən təxliyə olunub.

"Xinhua" xəbər agentliyinin məlumatına görə, 16 iyul saat 16:00-dan 24 iyuladək uzun müddət davam edən leysan yağışları səbəbindən 9,3 milyon nəfər fəlakət bölgəsində qalıb, ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfər itkin düşüb, əyalət daxilində bir milyona yaxın insan artıq təxliyə olunub.

Qeyd edək ki, fəlakətdə həyatını itirənlərin sayı son olaraq 23 iluyda 56 olaraq elan edilmişdi. 

 



Әlaqәli Xәbәrlәr