Rusiya və ABŞ nümayəndə heyətləri strateji sabitliyi müzakirə edəcəklər

Rusiya və ABŞ nümayəndə heyətləri 28 iyulda strateji sabitliyi müzakirə edəcəklər.

1679356
Rusiya və ABŞ nümayəndə heyətləri strateji sabitliyi müzakirə edəcəklər

Rusiya və ABŞ nümayəndə heyətləri 28 iyulda strateji sabitliyi müzakirə edəcəklər.

Rusiya Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında Prezident Vladimir Putinin 16 iyun tarixində İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Co Bayden ilə görüşdüyü xatırladılıb.

Açıqlamada həmin görüşdə əldə edilən razılaşmaların davamı olaraq Rusiya ilə ABŞ arasındakı dialoq çərçivəsində, 28 iyulda Cenevrədə strateji sabitlik mövzusunda yeni tur toplantının keçiriləcəyi bildirilərək deyilib: "Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ nümayəndə heyətinə isə ABŞ dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edəcək. İclasda strateji sabitliyin qorunması və möhkəmləndirilməsi ilə silah nəzarətinə dair məsələlər müzakirə ediləcək".



Әlaqәli Xәbәrlәr