Çinin mərkəzi Henan əyalətindəki daşqınlardan ölənlərin sayı 56-ya çatıb

Çinin Henan əyalətinin Cingcou şəhərində güclü yağışların səbəb olduğu sel səbəbiylə həyatını itirənlərin sayı 56-ya çatıb.

1679319
Çinin mərkəzi Henan əyalətindəki daşqınlardan ölənlərin sayı 56-ya çatıb

Çinin Henan əyalətinin Cingcou şəhərində güclü yağışların səbəb olduğu sel səbəbiylə həyatını itirənlərin sayı 56-ya çatıb.

"Global Times" qəzetinin xəbərinə görə, Cingcou şəhərində baş verən daşqında həyatını itirənlərin sayı 56-ya çatıb, 5 nəfər isə itkindir.

Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) da təxminən yarım milyon insanın təhlükəsiz bölgələrə köçdüyünü açıqlayıb.

Suyun və palçıq təmizlənməsi işlərinin davam etdiyi Cıngcouda maddi ziyanın təxminən 10 milyard dollar olduğu qeyd edilib.

17 iyuldan bəri Henan vilayətində müəyyən fasilələrlə təsirli olan leysan yağışları 20 iyul tarixində daşqına səbəb olub.

Cingcou şəhərindəki metro şəbəkəsini su basıb, çox sayda sərnişin qapalı qalıb.

Digər tərəfdən, Çin və Tayvanda həftə sonu güclü yağışlara səbəb olacaq yeni bir tayfunun olacağı gözlənilir.

Meteorologiya səlahiyyətliləri "İn-fa" tayfununun Çinə doğru irəlilədiyini və Ciciang vilayətindən quruya çatmasının gözlənildiyini bildiriblər. 

Tayfunun Tayvanın şimalından keçəcəyi və adaya güclü yağış gətirəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr