Çinin mərkəzi Henan əyalətindəki daşqınlardan ölənlərin sayı 33-ə çatıb

Çinin mərkəzi Henan əyalətindəki daşqınlardan ölənlərin sayı 33-ə çatıb, 256 mindən çox insan təhlükəsiz bölgələrə köçürülüb və 3 milyondan çox insan fəlakət zonasındadır.

1678707
Çinin mərkəzi Henan əyalətindəki daşqınlardan ölənlərin sayı 33-ə çatıb

Çinin mərkəzi Henan əyalətindəki daşqınlardan ölənlərin sayı 33-ə çatıb, 256 mindən çox insan təhlükəsiz bölgələrə köçürülüb və 3 milyondan çox insan fəlakət zonasındadır.

215 min 200 hektardan çox əkin ərazisinə ziyan vuran sel və daşqınların ölkə iqtisadiyyatına vurduğu ziyan təxminən 1,22 milyard yuan (188,6 milyon dollar) təşkil edib.

Henan əyaləti meteorologiya rəsədxanası yağışların Anyang, Hibi, Xinxiang və Ciaozuo da daxil olmaqla bir neçə şəhərdə davam etməsinin gözlənildiyi üçün ən yüksək səviyyədə xəbərdarlıq edib. 

Dünən və bu gün yağan güclü yağışlar Henan vilayətinin şimal-qərbində yerləşən Huisan şəhərində də öz təsirini göstərib.

Yerli hakimiyyət orqanları bölgədə 39 min 583 xilasetmə işçisini səfərbər edib və indiyə qədər Huishianda 37 min 953 nəfər təxliyyə edilib.

Sosial mediada əks olunan görüntülərdə metro və avtobuslarda sel sularının oturacaqların üstünə qalxaraq xilas olmağı gözləyən sərnişinlərin sinə səviyyəsini aşdığı görülür.

Görüntülərdə suların çəkildiyi bəzi metro platformalarında yerdə cəsədlər olması və panika ilə çölə çıxmağa tələsən insanlar diqqət çəkir.

Gölə dönən Cingcou yollarında nəqliyyat vasitələri sürüşərkən, bəzi insanlar maşınların üzərinə çıxaraq xilas olunmağı gözləyib.

Digər tərəfdən, Çində 15 iyulda inşası davam edən bir tuneli su basması nəticəsində qapalı qalan 14 işçinin cəsədi tapılıb.

Cuhay şəhər rəhbərliyinin sosial media saytında verdiyi açıqlamada Şiceşan tunelindəki fəlakətin səbəbi və ya ölümlər haqqında əlavə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr