Almaniyada sel və daşqınlarda həyatını itirənlərin sayı 174-ə çatıb

Almaniyada Reynland-Pfalz, Şimali Ren-Vestfaliya və Bavayera əyalətlərində güclü yağışların səbəb olduğu sel və daşqınlarda həyatını itirənlərin sayı 174-ə çatıb.

1678651
Almaniyada  sel və daşqınlarda həyatını itirənlərin sayı 174-ə çatıb
almanya sel.JPG
almanya sel 06.jpg
almanya su baskını.jpeg

Almaniyada Reynland-Pfalz, Şimali Ren-Vestfaliya və Bavayera əyalətlərində güclü yağışların səbəb olduğu sel və daşqınlarda həyatını itirənlərin sayı 174-ə çatıb.

Daşqından təsirlənmiş ərazilərdə axtarış-xilasetmə, dağıntıların təmizlənməsi və təmizləmə işləri davam edir.

Almaniya Baş nazirinin müavini və maliyyə naziri Olaf Şolz paytaxt Berlində verdiyi bəyanatda daşqın fəlakəti səbəbiylə böyük bir dağıntı meydana gəldiyini və daşqından təsirlənənlərə sürətli dəstək verilməsinin vacibliyini dilə gətirib.

Bu mövzuda lazımi addımların atılmasının və təcili yardım göstərilməsinin vacib olduğuna diqqət çəkən Şolz təcili yardım üçün təxminən 400 milyon avroluq ehtiyac müəyyən etdiklərini bildirib. 

Xatırladaq ki, ötən həftədən etibarən Almaniyanın qərb və cənub-qərb bölgələrini, habelə Belçika və Niderlandın qonşu bölgələrini çənginə alan leysan yağışları nəticəsində bir çox çaylarda suyun səviyyəsi kəskin artaraq daşqın və sel fəlakətinə səbəb olub.



Әlaqәli Xәbәrlәr