ABŞ və Almaniya “Şimal Axını 2” boru kəməri layihəsinin tamamlanması barədə qərara gəldilər

ABŞ və Almaniya Rusiyadan Avropaya “Şimal Axını 2” boru kəməri layihəsinin tamamlanmasına imkan verən qərara gəliblər.

1678610
ABŞ və Almaniya “Şimal Axını 2” boru kəməri layihəsinin tamamlanması barədə qərara gəldilər

ABŞ və Almaniya Rusiyadan Avropaya “Şimal Axını 2” boru kəməri layihəsinin tamamlanmasına imkan verən qərara gəliblər.

Razılaşma ilə ABŞ və Almaniya Rusiyanın "Şimal Axını 2" boru kəmərindən siyasi silah kimi istifadə etmək cəhdinin qarşısını alacaqları vədini veriblər.

İki ölkənin ortaq açıqlamasında deyilir: "ABŞ və Almaniya sanksiyalar və digər vasitələrlə xərclər tətbiq etməklə Rusiyanı təcavüzkar və zərərli fəaliyyətlərinə görə cavabdeh etmək əzmindədirlər".

Rusiya enerjidən silah olaraq istifadə edəcəyi və ya Ukraynaya qarşı daha çox hərəkətə keçməyə çalışacağı təqdirdə Almaniyanın milli səviyyədə addım atacağı bildirilib.

Bəyanatda Rusiyanın enerji sektorunda Avropaya ixrac imkanlarını məhdudlaşdırmaq üçün sanksiyaların tətbiq edilməsi daxil olmaqla Avropa səviyyəsində təsirli tədbirlər üçün təzyiq göstəriləcəyi qeyd edilib.

Açıqlamada ABŞ və Almaniyanın Ukraynanın enerji qaynaqlarını şaxələndirməsi üçün 1 milyard dollarlıq fondu dəstəkləmə vədini verdiyi olduqları və ilk olaraq Almaniyanın 175 milyon dollarlıq qrant verəcəyi vurğulanıb.

Ümumi dəyərinin 10 milyard avro civarında olacağı gözlənilən "Şimal Axını 2" boru kəməri layihəsi ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya göndərilməsi planlaşdırılır.

Layihəyə etiraz edən ölkələr "Şimal Axını 2" boru kəmərinin Avropa ölkələrinin Rusiyadan asılılığını artırmağa çalışdığını iddia edirlər.



Әlaqәli Xәbәrlәr