Çində sel fəlakəti: 25 nəfər həlak olub

Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində güclü yağışlar sel fəlakətinə gətirib çıxarıb.

1678163
Çində sel fəlakəti: 25 nəfər həlak olub

Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində güclü yağışlar sel fəlakətinə gətirib çıxarıb.

Çinin dövlət xəbər agentliyi "Xinhua"da yer alan xəbərə görə, güclü yağışlar səbəbindən şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda çox miqdarda su toplaşıb. Su sonradan tunelə dolub və yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib. Metro əməkdaşları sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb. Onlardan 25 nəfərə köməklik göstərmək mümkün olmayıb, onlar ölüblər. Beş nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 7 nəfər isə itkin düşüb.



Әlaqәli Xәbәrlәr