Hindistanda sürüşmə nəticəsində ölənlərin sayı 29-a yüksəlib

Hindistanın Mumbai şəhərində sürüşmədə həyatını itirənlərin sayı 29 nəfərə çatıb.

1677405
Hindistanda sürüşmə nəticəsində ölənlərin sayı 29-a yüksəlib

TRT-nin Hindustan Times qəzetinə istinad etdiyi xəbərə görə Mumbainin Çembur və Vixroli bölgələrində şənbə günündən bəri davam edən güçlü yağışlar bəzi ərazilərdə daşqınlara səbəb olub. Çox sayda ev və müəssisə zərər görüb. Çembur bölgəsindəki güclü yağışların səbəb olduğu sürüşmə nəticəsində ölənlərin sayı 19-a yüksəlib və daha 5 nəfər yaralanıb. Ştatın Vixroli bölgəsində isə təbii fəlakət nəticəsində ölənlərin sayı 10-a çatıb. 1 nəfər də yaralanıb. Fəlakət səbəbi ilə Mumbaidə dayandırılan qatar səfərləri bu gündən etibarən yenidən bərpa edilib.



Әlaqәli Xәbәrlәr