“Facebook” ABŞ prezidentini qınadı

“Business İnsider”in xəbərinə görə...

1677076
“Facebook” ABŞ prezidentini qınadı

 

  “Facebook” Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin ictimai media platformalarında yeni tip koronavirus (Covid-19) epidemiyasıyla bağlı yanıldıcı məlumatlar paylaşaraq "insanların öldürüldüyü" sözlərinə reaksiya bildirib.

  “Business İnsider”in xəbərinə görə, “Facebook” səlahiyyətlisi Qay Rozen (Quy Rosen) paylaşdığı bloq yazısıyla Co Baydenə belə cavab verib: "Gerçək budur ki, ABŞ-da “facebook” istifadəçiləri arasında peyvəndolma artıb. Bu və digər həqiqət hökumətin son günlər qarşıya qoyduğundan çox fərqli şeyləri göstərir.

  “Facebook” istifadəçilərindən anket suallarımıza cavab almaq üçün 2020-ci ilin aprelindən bu yana Karneqi-Mellon (Carnegie Mellon) Universiteti və Merilənd (Maryland) Universitetiylə birlikdə çalışdıq. Məlum olub ki, ABŞ-da “facebook” istifadəçiləri üçün peyvənd tərəddüdü 50 faiz azalıb və gün-gündən vaksinləmə çoxalır.  

  Co Bayden qarşısına məqsəd qoymuşdu ki, 4 iyula qədər ölkədəki yetkinlərin 70 faizi peyvənd olunsun. Əldə olunan məlumatlar ABŞ-dakı “facebook” istifadəçilərinin 85 faizinin “Covid-19” peyvəndi olunduğunu və olmaq istədiyini göstərir. Prezident Baydenin hədəfi amerikalıların 70 faizinin 4 iyula qədər peyvənd edilməsi idi. Bu hədəfə çata bilməməsinin səbəbi “facebook” deyildi.”

  Qeyd edək ki, ABŞ-da iyulun 18-inə qədər yetkinlərin 56 faizi peyvənd edilib.

  CNN-nin xəbərinə görə, Ağ Ev epidemiya ilə əlaqədar sosial mediada səhv məlumatların yayılmasına mane olmağa çalışarkən ABŞ prezidenti iyulun 16-da mətbuata etdiyi şərhdə ictimai media platformalarını hədəfə alıb.

  Xatırladaq ki, Co Bayden “facebook” kimi sosial media platformalarının “Covid-19” epidemiyası ilə bağlı səhv məlumatlar verdiyini və insanların ölümünə səbəb olduğunu yazıb.  



Әlaqәli Xәbәrlәr