Fransa Avropa ölkələrindən gələnlərə test məcburiyyəti gətirdi

Fransa Baş Nazirliyindən verilən məlumata görə...

1676848
Fransa Avropa ölkələrindən gələnlərə test məcburiyyəti gətirdi

 

  Fransa yeni tip koronavirusun (Covid-19) “Delta” növü ilə mübarizə məqsədiylə bəzi Avropa ölkələrindən gələnlərə test məcburiyyəti gətirdi.

  Fransa Baş Nazirliyindən verilən məlumata görə, İngiltərə, İspaniya, Portuqaliya, Cənubi Kipr, Yunanıstan və Hollandiyadan ölkəyə daxil olan yolçulardan “Covid-19” testi nəticəsi göstərmələri istənəcək.

  Qanun 18 iyul bazar günündən qüvvəyə minəcək.

  İngiltərədən Fransaya daxil olanlara son 48, digər ölkələrdən gələnlərdən isə son 72 saatda edilmiş test nəticəsi tələb ediləcək.

  Tətbiq tək doza “Covid-19” peyvəndi edənlərə də aiddir.



Әlaqәli Xәbәrlәr