ÜST Çini Kovid-19 epidemiyası ilə əlaqəli əməkdaşlığa çağırıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çini yeni növ koronovirusun (Kovid-19) mənşəyinə dair araşdırmaların ikinci mərhələsində daha güçlü əməkdaşlıq etməyə çağırıb.

TRT-nin İngilis veriliş orqanı BBC-yə istinad etdiyi xəbərə görə, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Çini daha şəffaf olmağa çağırıb. Kovid-19 epidemiyası yayılmazdan əvvəl və yayılmağa başladıqdan sonrakı məlumatların əldə edilməsinə zərurət olduğunu, lakin Çinin araşdırmaların ilk mərhələsindəki məlumatları tədqiqatçılar ilə bölüşmədiyini qeyd edib.
ÜST Fövqəladə Komitəsi epidemiyanın bitmədiyini xatırladıb və dünyaya yeni və təhlükəli variantların yayılmasının gözlənildiyinə diqqət çəkib.
Qeyd edək ki, epidemiyanın mənşəyi ilə bağlı istintaqın ilk mərhələsi fevral ayında başa çaıb. Əvvəllər virusun mənşəyi ilə bağlı istintaq tələblərinə müsbət yanaşmayan Çin, beynəlxalq təzyiqlərin artması ilə ÜST heyətinin Wuhan şəhərində araşdırmalar aparmasına icazə verdi.