“Reuters”in foto-müxbiri öldürüldü
Əfqanıstan Azad Media Dəstəkləmə Təşkilatından (NAİ) verilən məlumata görə...



Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində İngiltərənin “Reuters” xəbər agentliyində çalışan hindistanlı foto-müxbir Daniş Sıddiki öldürüldü.
Əfqanıstan Azad Media Dəstəkləmə Təşkilatından (NAİ) verilən məlumata görə, “Reuters”in əməkdaşı, hindistanlı foto-müxbir Daniş Sıddiki Qəndəharın Pakistan sərhədindəki Spin Boldak Sərhəd Qapısında yaşanan qarşıdurmaları çəkmək üçün o bölgəyə getmişdi. Sərhədə yaxın bölgədə öldürülən foto-müxbirin kim tərəfindən hücuma uğradığı araşdırılır.
Qeyd edək ki, 14 iyuldan Əfqanıstan-Pakistan sərhədindəki Spin Boldak Sərhəd Qapısını ələ keçirən talibançılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir.
Anadolu Agentliyinin məlumatına görə, 407 mahalın 160-dan çoxu və mərkəzləri Talibanın nəzarətindədir.
Әlaqәli Xәbәrlәr

Çernobil Atom Elektrik Stansiyasına dron hücumu edilib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) “X” hesabında yayılan açıqlamaya görə...