Afrikada 450 min doza peyvənd məhv edildi

Afrikada 450 min doza yeni növ koronavirus (Kovid-19) peyvəndi məhv edilib

1676290
Afrikada 450 min doza peyvənd məhv edildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə İmmunitet Proqramının direktoru Dr. Richard Mihigo həftəlik mətbuat brifinqində bu barədə danışıb.

Onun sözlərinə görə qitənin 9 ölkəsində peyvəndlərin son istifadə tarixi yaxınlaşdığı səbəbindən yüz minlərlə doza peyvənd istifadə olunmayıb. Ümumilikdə 450 min doza peyvəndin məhv edildiyini ifadə edən Mihigo, bu ölkələrə peyvəndlərin vaxtında çatdırılmadığını, bu səbəbdən istifadənin məhsuldar olmadığını qeyd edib.

Peyvəndlərin məhv edildiyi ölkələr arasında Mavritaniya, Liberiya, Qambiya, Cənubi Sudan, Sierra Leone, Malavi, Komorlar Birliyi, Qvineya və Konqo Demokratik Respublikası iştirak edir.



Әlaqәli Xәbәrlәr