Taliban ilә tәhlükәsizlik qüvvәlәri arasında qarşıdurma, 271 silahlı öldürülüb

Әfqanıstan Müdafiә Nazirliyi ölkәnin 15 vilayәtindә tәhlükәsizlik qüvvәlәri ilә Taliban silahlıları arasında qarşıdurmanın yaşandığını açıqlayıb.

1674249
Taliban ilә tәhlükәsizlik qüvvәlәri arasında qarşıdurma, 271 silahlı öldürülüb

Әfqanıstan Müdafiә Nazirliyi ölkәnin 15 vilayәtindә tәhlükәsizlik qüvvәlәri ilә Taliban silahlıları arasında qarşıdurmanın yaşandığını açıqlayıb.

Qarşıdurmalar nәticәsindә 271 silahlının öldürüldüyü, 162-nin dә yaralandığı bildirilib. Mәlumatda hәmin vilayәtlәrdә Talibana qarşı keçirilәn әmәliyyatlar zamanı tapılan 18 partlayıcı qurğunun mәhv edildiyi qeyd olunub.

Әfqanıstanın әn tәhlükәsiz vilayәtlәrindәn biri olan Bamyanın Talibanın nәzarәtinә keçdiyi bildirilir.

Bamyan vilayәtinin rәsmisi Abdul  Әhmәd Bineva mәtbuata açıqlamasında silahlıların Kahmard qәsәbәsinә hücum etdiyini  vә tәhlükәsizlik qüvvәlәrinin bölgәni tәrk etmәsindәn sonra Taliban qruplaşmasının qәsәbәni nәzarәtinә keçirdiyini söylәyib.

Bineva Taliban silahlılarının qәsәbәdәki çox sayda silah vә sursatı da әlә keçirdiyini deyib.

Qeyd edәk ki, Taliban qruplaşması iyunun sonunda Özbәkistan vә Tacikistanla Әfqanıstan sәrhәdindәki qәsәbәlәrin әksәriyyәtini nәzarәtinә keçirib.

Әfqanıstan Daxili İşlәr Nazirliyinin yaydığı  mәlumata әsasәn, son üç hәftә әrzindә 14 qәsәbә Talibandan tәmizlәnib. Taliban qruplaşması isә Әfqanıstan әrazısının 80 faizinә  nәzarәt atdiyini iddia edir.



Әlaqәli Xәbәrlәr