Con Kirbi: ‘‘Türkiyǝyǝ minnǝtdarıq’’

Amerika Birlǝşmiş Ştatları Müdafiǝ Nazirliyinin sözcüsü Con Kirbi Kabil Hamid Karzai Hava Limanının tǝhlükǝsiz bir şǝkildǝ fǝaliyyǝt göstǝrmǝsinǝ verdiyi dǝstǝyǝ görǝ Türkiyǝyǝ minnǝtdar olduqlarını söylǝyib.

1674326

Bu barǝdǝ Con Kirbi keçirdiyi gündǝlik mǝtbuat konfransında bildirib.

Con Kirbi deyib ki, ABŞ ǝsgǝrlǝri Kabil hava limanındakı mövcudluğunu qoruyur. Çıxma prosesi sona çatdıqda ABŞ ǝsgǝrlǝrinin vǝziyyǝti yenidǝn qiymǝtlǝndirilǝcǝk.

‘‘Hava limanında tǝhlükǝsizliyin necǝ tǝmin olunacağı mövzusunda türklǝrlǝ danışıqlarımız davam edir. Bu istiqamǝtdǝki sǝylǝrǝ rǝhbǝrlik etdiklǝri üçün Türkiyǝyǝ minnǝtdarıq’’,-deyǝ ABŞ Müdafiǝ Nazirliyinin sözcüsü qeyd edib.

ABŞ Dövlǝt Departamentinin sözcüsü Ned Prays mǝsǝlǝ ilǝ bağlı verdiyi bǝyanatda bildirib ki, Türkiyǝnin Әfqanıstan mǝsǝlǝsindǝki  konstruktiv rolunu mǝmnuniyyǝtlǝ qarşılayırıq.

Әlaqәli Xәbәrlәr