İsrail prezidenti Fәlәstin ilә İsrail arasındakı sülh danışıqları ilә әlaqәdar paylaşım edib

İsrail prezidenti İsaak Herzoq Fәlәstin dövlәt başçısı Mahmud Abbasa iki tәrәf arasında dialoqun yenidәn başlamasını istәdiyini bildirib.

1673816
İsrail prezidenti Fәlәstin ilә İsrail arasındakı sülh danışıqları ilә әlaqәdar paylaşım edib

 

İsrail prezidenti İsaak Herzoq Fәlәstin dövlәt başçısı Mahmud Abbasa iki tәrәf arasında dialoqun yenidәn başlamasını istәdiyini bildirib.

Fәlәstin dövlәt başçısı Mahmud Abbas iyulun 7-dә and içәrәk vәzifәsinin icrasına başlayan İsaak Herzoqla telefon әlaqәsi saxlayaraq onu tәbrik edib.

İsaak  Herzoq rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәrәk deyib: ‘‘Bu gün Fәlәstin dövlәt başçısı Mahmud Abbasla  telefon әlaqәsi saxladım vә İsrailin әvvәlki prezidentlәrinin etdiyi kimi fәlәstinlilәr ilә israillilәr arasında dialoqun yenidәn başlaması vә davam etdirilmәsini planlaşdırdığımı ona çatdırdım’’.

İsrailin yeni prezidenti İsaak Herzoq dialoqun münasibәtlәrin inkişaf etdirilmәsinә vә iki xalq arasında sülhün tәmin olunmasına imkan yaradağına ümidvar olduğunu söylәyib.

Fәlәstinin rәsmi WAFA xәbәr agentliyinin yaydığı mәlumata әsasәn, Mahmud Abbas İsaak  Herzoqla keçirdiyi görüşdә Qәzza, İordan çayının qәrb sahili vә Qüdsdә davamlı sülhün tәmin olunmasının  vacibliyini vurğulayıb.

Mahmud Abbas әhatәli vә әdalәtli sülhün tәmin olunması üçün lazımi zәminin yaradılması üçün addımların atılmasının zәruriliyini dә qeyd edib.

İsrailin ‘‘Kanal 12’’ telekanalı daha әvvәl yaydığı xәbәrdә Fәlәstin dövlәt başçısı Mahmud Abbasın Fәlәstin ilә İsrail arasındakı sülh danışıqlarının yenidәn başlaması üçün tәlәb siyahısı hazırladığını iddia etmişdi.

Xatırladaq ki, İsrail ilә Fәlәstin arasındakı sülh danışıqları 2014-cü ilin aprel ayında sona çatmışdı.

 



Әlaqәli Xәbәrlәr