İsrail Livandakı böhranı yaxından təqib edir

İsrailin baş naziri Naftali Bennett Livandakı böhranı yaxından təqib etdiklərini və "həyəcan" vəziyyətində olduqlarını bildirib.

1673601
İsrail Livandakı böhranı yaxından təqib edir

İsrailin baş naziri Naftali Bennett Livandakı böhranı yaxından təqib etdiklərini və "həyəcan" vəziyyətində olduqlarını bildirib.

Bennett həftəlik kabinet iclasından əvvəl verdiyi açıqlamada gündəmi qiymətləndirərək, Livanda yaşanan böhranda İranı günahlandırıb.

"İsrail vəziyyəti yaxından izləyir və həyəcan vəziyyətində olmağa davam edəcək" deyə İsrailin baş naziri qeyd edib.

Xatırladaq ki, Livanın baş naziri Həsən Diyab 6 iyul tarixində verdiyi bəyanatda ölkəsindəki iqtisadi böhran nəticəsində benzin, dərman və elektrik problemlərinə işarə edərək "fəlakətin astanasında" olduqlarını söyləmişdi.



Әlaqәli Xәbәrlәr