“ABŞ gəmiləri bir müddət Qara dənizdə qalacaq”, S.Bauman

ABŞ Donanması hərbi heyəti səlahiyyətliləri Qara dənizdəki "Sea Breeze" manevrinin nəticələri haqqında telekonfransla məlumat veriblər

1672975
“ABŞ gəmiləri bir müddət Qara dənizdə qalacaq”, S.Bauman

 

  Qara dənizdə təşkil edilən "Sea Breeze" hərbi təlimlərini idarə edən Amerika Birləşmiş Ştatları Donanmasının kapitanı Stüart Bauman gəmilərin bir müddət Qara dənizdə qalmağa davam edəcəyini söyləyib.

  ABŞ Donanması hərbi heyəti səlahiyyətliləri Qara dənizdəki "Sea Breeze" manevrinin nəticələri haqqında telekonfransla məlumat veriblər. S.Bauman bildirib: “Builki hərbi təlim 1997-ci ildən bəri təşkil edilən ən böyük manevr oldu. 30-dan çox ölkə və 5 mindən çox personalın qatıldığı hərbi manevr Ukrayna və digər ortaqların yüksək əməkdaşlığı ilə təşkil edilmişdi. Nəticəsi mükəmməl oldu”.

  ABŞ gəmilərinin Qara dənizi nə vaxt tərk edib-etməyəcəyinə dair suala isə Amerika kapitanı belə cavab verib: "Sea Breeze” hərbi təlimində olan gəmilərin çoxu Bolqarıstanın ev sahibliyi ilə digər manevrə qatılacaq. Ona görə gəmilər bir müddət Qara dənizdə qalmağa davam edəcək. Ancaq bu, Montrö Müqaviləsi tərəfindən nəzərdə tutulan sərhədləri pozmayacaq."



Әlaqәli Xәbәrlәr