Suriya mövzulu 16-cı Astana Toplantısına dair ortaq bəyanat

Qazaxıstanın paytaxtı Nur-Sultanda qarantor ölkələr - Türkiyə, Rusiya və İranın iştirakıyla 7 iyulda təşkil edilən Suriya mövzulu 16-cı Astana Toplantısından sonra ortaq bəyanat verilib

1672232
Suriya mövzulu 16-cı Astana Toplantısına dair ortaq bəyanat

 

  Qazaxıstanın paytaxtı Nur-Sultanda qarantor ölkələr - Türkiyə, Rusiya və İranın iştirakıyla 7 iyulda təşkil edilən Suriya mövzulu 16-cı Astana Toplantısından sonra ortaq bəyanat verilib.

  Suriyanın şimal-şərqində qeyri-qanuni özbaşına idarəçiliklər, terrorla mübarizə adı altında uyğun olmayan əməllər, yeni qondarma “həqiqət”lərə dair hər cür cəhdin rədd edildiyi bəyanatda qonşu ölkələrin milli təhlükəsizliyinə xələl gətirə biləcək hər cür hərəkətə qarşı birlikdə iş görmək prinsipi vurğulanıb.

  Bəyanatda yazılıb: “İdlib Gərginliyi Azaltma Bölgəsindəki vəziyyətin ayrıntılı olaraq nəzərdən keçirildiyi və meydanda sabitliyin bərpası üçün İdliblə bağlı bütün razılaşmalar tam tətbiq olunmalıdır.

  Suriya ixtilafının hərbi yolla həll edilməyəcəyi qənaətinə varıldı. Vəziyyət suriyalıların öz əli və sahibliyi ilə sona çatmalıdır.

  Suriyadakı humanitar vəziyyət və yeni tip koronavirus (Covid-19) epidemiyasının təsiri dərin narahatlıq yaradır.

  Sığınmaçıların və ölkə içində yer-yurdlarından edilmiş adamların geridönmə haqları təmin edilməli, insanların könüllü olaraq öz evlərinə qayıtmaları asanlaşdırılmalıdır. Bununla əlaqədar beynəlxalq cəmiyyət suriyalı qaçqınlara lazımlı dəstək verməlidir.

  Birləşmiş Millətlər Təşkilatı, Mühacirlər Ali Komissarlığı və digər beynəlxalq mütəxəssis qurumlar daxil olmaqla, əlaqədar bütün tərəflərlə görüşlər davam etməlidir.

  Zorla Qaçırılan Adamların Azad Edilməsi, Cəcəd Mübadiləsi və İtkin Düşənlərin Aqibətinin Təsbiti üzrə İşçi Qrupunin 2 iyulda müvəffəqiyyətlə icra edilən fəaliyyətindən məmnunluq duyuruq.  

  Konstitusiya Komitəsi Komissiyasının 6-cı dövrü erkən tarixdə İsveçrənin Cenevrə şəhərində davam edəcək.

  17-ci Astana yığıncağının pandemiya şərtləri nəzərə alınaraq 2021-ci ilin sonuna yaxın Nur-Sultanda reallaşdırılması qərarlaşdırılır”.



Әlaqәli Xәbәrlәr