Ölüm yolunda “Barış Yürüşü” başladı

Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsada 1995 soyqırımından xilas olmağa  çalışan Bosniya mülki vətəndaşlarının Tuzlaya çatmaq üçün  axışdıqları meşə yolunda   hər  il  təşkil  edilən ənənəvi “Barış Yürüşü”  başladı.

1672030
Ölüm yolunda “Barış Yürüşü” başladı

Serbiya qoşunlarının ən azı 8372 Bosniya mülki  vətəndaşı  vəhşicəsinə öldürdüyü soyqırımın 26-cı ildönümü çərçivəsində 17-ci dəfə təşkil edilən yürüş iştirakçıları,  Nezuk qəsəbəsindən yola düşdüblər.

1995-ci ilin iyul ayında qırğınlara  səhnə  olduğu   üçün  insanlar arasında “ölüm yolu”  adlandırılan  meşə yolunda 3 gün davam edəcək  yürüş, 10 İyulda  iştirakçıların Potocari Memorial Qəbiristanlığına çatmaları  ilə  tamamlanacaq. Bu   il  təşkil  edilən   yürüşə təxminən 3000 nəfər iştirak edir.  Soyqırımdan  sağ  xilas olanların    bələdçilik  etdikləri  yürüşə  soyqırım  qurmanlarına  dua  edərək  başlayan iştirakçılar gecələri düşərgə ərazilərində keçirəcəklər.



Әlaqәli Xәbәrlәr