İsrail qüvvələri fələstinli məhkumun evini dağıdıb

İsrail qüvvələri işğal altındakı İordan çayının Qərb sahilində bir fələstinli məhkumun evini dağıdıb.

1671943
İsrail qüvvələri fələstinli məhkumun evini dağıdıb

İsrail qüvvələri işğal altındakı İordan çayının Qərb sahilində bir fələstinli məhkumun evini dağıdıb.

Şahidlərin verdiyi məlumata görə, İsrail əsgərləri səhər saatlarında Ramallahın şimalındakı Turmusaya qəsəbəsinə basqın ediblər.

Əsgərlər burada 44 yaşlı fələstinli məhkum Müntəsir Şelbiyə məxsus iki mərtəbəli evi dağıdıblar.

İsrail qüvvələri, dağıdılmasına reaksiya göstərən qəsəbə sakinlərinə həqiqi və rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edərək hücum ediblər.

Amerika vətəndaşlığı da olan Müntəsir Şelbi 2 mayda bir yəhudi yerlinin öldüyü və ikisinin yaralandığı hadisənin icraçısı olmaqda günahlandırılır.

Şelbi İsrail qüvvələri tərəfindən 6 may tarixində həbs edilmişdi.



Әlaqәli Xәbәrlәr