Ukraynada Krım tatar türkləri yerli xalq statusuna qovuşub

Ukrayna Parlamentində Krım tatar türkləri, qaraylar və krımçakların ölkənin yerli əhalisi kimi tanınmasını nəzərdə tutan tənzimləmə qanun kimi qəbul edilib.

1668405
Ukraynada Krım tatar türkləri yerli xalq statusuna qovuşub

Ukrayna Parlamentində Krım tatar türkləri, qaraylar və krımçakların ölkənin yerli əhalisi kimi tanınmasını nəzərdə tutan tənzimləmə qanun kimi qəbul edilib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən "Ukraynanın Yerli Xalqları Layihəsi" Baş Məclisdə səsə qoyulub.

Layihə səsverməyə qatılan 345 deputatdan 325-nin dəstəyi ilə  məclis yığıncağında qəbul edilib.

Qanunvericiliyə görə, Krım tatarları, Qaray və Krımçak xalqları Ukraynanın yerli xalqı kimi tanınacaq.

Ölkədə yaşayan ruslar isə Ukrayna hüdudlarından kənarda bir dövlətə sahib olduqları üçün yerli xalq sayılmayacaqlar.

Yerli xalqların assimilyasiyaya, etnik mənşəyinin və mədəni dəyərlərinin məhv edilməsinə, məcburi köçkünlüyə və köçürülməyə qarşı hüquqları zəmanət altına alınacaq.

Ukraynanın yerli xalqlarının mədəniyyət, təhsil, dil və məlumat almaq hüquqları təmin ediləcəkdir.

Yerli xalqlar dil, tarix və mədəniyyətlərini öyrətmək üçün öz təhsil müəssisələrini qura və ya digər təhsil müəssisələri ilə əməkdaşlıq edə biləcəklər.

Ukraynanın yerli xalqları, təmsil etdikləri qurumlar vasitəsi ilə öz media qurumlarını yaratmaq hüququna sahib olacaqlar.



Әlaqәli Xәbәrlәr