Livanda uşaqların 30 faizindən çoxu axşamları ac yatır

Livandakı uşaqların 30 faizindən çoxunun ölkədəki iqtisadi böhran və yoxsulluq səbəbi ilə ac yatdığı açıqlanıb.

1668410
Livanda uşaqların 30 faizindən çoxu axşamları ac yatır

Livandakı uşaqların 30 faizindən çoxunun ölkədəki iqtisadi böhran və yoxsulluq səbəbi ilə ac yatdığı açıqlanıb.

Livanın rəsmi xəbər agentliyi "NNA"-da yer alan xəbərdə BMT Uşaq Fondunun (UNICEF) Livandakı iqtisadi böhranın uşaqlara təsirini araşdıran hesabatı yer alıb.

Livandakı ailələrin 77 faizinin uşaqlarının kifayət qədər qidalanmasını təmin edəcək ərzaq və ya gəlirə sahib olmadığı qeyd edilən hesabatda uşaqların 30 faizdən çoxunun axşamlar ac yatdığı qeyd edilib. 

Hesabatda ailələrin 60 faizinin borc alaraq ya da fakturalarını ödəməyərək ərzaq ala bildiyi ifadə edilib. 

Uşaqların 40 faizinin heç bir ailə üzvünün işləmədiyi dilə gətirilən hesabatda 30 faizinin isə ehtiyac duyduğu əsas səhiyyə xidmətindən istifadə edə bilmədiyi vurğulanıb.

BMT Uşaq Fondunun hesabatında Livan səlahiyyətlilərini ölkədəki bütün uşaqlara təcili ehtiyaclar və əsas səhiyyə xidmətlərinin göstərilərək sosial müdafiə tədbirlərini genişləndirməyə çağırıb.



Әlaqәli Xәbәrlәr