Kim Çen İn:‘‘Çin ilә münasibәtlәri inkişaf etdirmәk üçün sәylәr göstәrәcәyik’’

Şimali Koreya lideri Kim Çen İn  yeni növ koronavirus epidemiyası dövründә iqtisadi çәtinliklәrlә üz-üzә olan ölkәsi ilә Çin arasındakı münasibәtlәri inkişaf etdirmәk üçün sәylәr göstәrәcәklәrini bildirib.

1668134

Koreyanın mәrkәzi KCNA xәbәr agentliyinin yaydığı xәbәrә әsasәn, Kim Çen İn Çin Komunist Partiyasının qurulmasının 100-cü ildönümü münasibәtilә Çin dövlәt başçısı Şi Cimpingi tәbrik edib.

Şimali Koreya lideri Çin dövlәt başçısına ünvanladığı tәbrik mәktubunda ölkәsi ilә Çin arasındakı münasibәtlәri inkişaf etdirmәk üçün sәylәr göstәrәcәklәrini qeyd edib.

Çin Xarici İşlәr Nazirliyinin sözçüsü Vanq Vinbin dünәn verdiyi açıqlamada Şimali Koreyaya yardım göndәrә bilәcәklәrini ifadә edәrәk iki ölkәnin çәtinliklәr ilә üzlәşdiklәrindә bir-birlәrinә yardım etmәk mövzusunda qәdim bir әnәnәyә sahib olduğunu vurğulamışdı.

Vanq Vinbin Çinin Şimali Koreyaya yardım etmәk mәsәlәsini qiymәtlәndirәcәyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr