Afrika qitisində 1,2 milyard insanın həyatı risk altında

Afrikada səhhiyə xidmitinin kifayətsizliyi səbəbindən 1,2 milyard insanın həyatı təhlükə altındadır.

1665919
Afrika qitisində 1,2 milyard insanın həyatı risk altında

Afrika İnkişaf Bankının (AfDB) prezidenti Akinwumi Adesina bu barədə açıqlama verib. Qeyd edib ki, 1,2 milyard Afrikalının həyatı yeni növ koronavirus (Kovid-19) epidemiyası fonunda səhiyyə xidmətlərin çatışmazlığı səbəbindən təhlükə altındadır. “AfDB” epidemiyanın iqtisadi və sağlamlıq təsirlərinə qarşı mübarizə apardığını ifadə edən Adesina Afrika ölkələrinə dəstəyin artırılacağını AfDB-nin yerli peyvənd istehsalına və Afrikanın səhiyyə sisteminə güçlü sərmayə yatıracağını vurğulayıb. Dövlət səhiyyə müəssisələrinin yalnız 51%-nin təmiz su, 31%-nin elektriklə təmin olunduğuna və Afrikanın əczaçılıq dərmanlarının 60%-70%-nin idxal edildiyinə diqqət çikib. Qitədə 1,2 milyard insanın həyatının təhlükə altında olduğunu xatırladıb və Gəlirindən asılı olmayaraq hər Afrikalı insanın keyfiyyətli səhiyyə, tibbi sığorta və sosial müdafiədən istifadəsinə imkan yaradmağın vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr