BMT ABŞ-dan bu ölkəyə tətbiq etdiyi embarqoya son qoymasını istəyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisində, Amerika Birləşmiş Ştatlarının (ABŞ) 61 ildir Kübaya tətbiq etdiyi embarqolara son qoymasını nəzərdə tutan tövsiyə qərarı əksəriyyət səslə qəbul edilib.

1663881
BMT ABŞ-dan bu ölkəyə tətbiq etdiyi embarqoya son qoymasını istəyib

2021-ci ildə BMT Baş Məclisində keçirilən 29-cu səsvermədə, BMT-nin 193 üzv ölkəsindən 184-ü Kubaya tətbiq olunan embarqoya son qoyulmasına dair lehdə səs verib.

ABŞ və İsrail qərara əliyhdə səs verərkən, Birləşmiş Ərəb Əmirlikləri, Kolumbiya və Ukrayna səsverməyə qatılmayıb.

Qeyd edək ki BMT Baş Məclisinin qərları beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən bir vasitə kimi görülsə də, qüvvəyə minmə məcburiyyəti yoxdur.

ABŞ rəhbərliyi, 19 oktyabr 1960-cı ildən bəri Kubaya iqtisadi, ticarət və maliyyə embarqosu tətbiq edir ki, bu da müasir tarixin ən uzun embarqosu kimi hesab edilir.



Әlaqәli Xәbәrlәr