ABŞ dövlət katibi Blinken Berlinə səfəri zamanı Angela Merkelin qəbulunda olub

Almaniya kansleri Angela Merkel Liviya xalqının gələcəyi ilə bağlı qərarları özlərinin vermələrini istədiklərini bildirib.

1663903
ABŞ dövlət katibi Blinken Berlinə səfəri zamanı Angela Merkelin qəbulunda olub

Kansler Merkel, Liviya ilə əlaqədar ikinci Berlin Konfransına qatılmaq üçün Almaniyanın paytaxtı Berlində səfərdə olan Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibi Antony Blinkeni qəbul edib.

Merkəl iclasdan əvvəl təşkil edilən ortaq mətbuat konfransında ABŞ dövlət departamentinin rəhbəri Blinkenin yığıncağa iştirakını yüksək qiymətləndirib və Liviyaya ortaq mesaj verməyin əhəmiyyətinə diqqət çəkib. Liviya xalqının gələcəyi ilə bağlı özləri qərar verməsini istədiklərini vurğulayıb.

Liviyanı bu yolda beynəlxalq tərəfdaşların müşayiət etmələrinin əhəmiyyətli olduğunu ifadə edən Merkəl Liviyadakı vəziyyətin həm Afrika, həm də Afrika-Avropa münasibətləri baxımından strateji əhəmiyyət daşıdığının idrakında olduqlarını sözlərinə əlavə edib.

ABŞ Dövlət Katibi Blinken də Liviyanın sabitlik, təhlükəsizlik və həmrəylik yolunda addımlamasına inam ifadə edib.



Әlaqәli Xәbәrlәr