Kolumbiyanın səhiyyə naziri “Sinovac” peyvəndinə münasibət bildirib

Kolumbiyanın səhiyyə naziri Fernando Ruiz Gomez, koronavirus əleyhinə mübarizə çərçivəsində istifadə etdikləri Çin istehsalı “Sinovac” peyvəndinin təsirli olduğunu və 80 yaşdan yuxarı insanlarda ölümlərin azaldılmasında müsbət nəticələr verdiyini bildirdi

1663191
Kolumbiyanın səhiyyə naziri “Sinovac” peyvəndinə münasibət bildirib

Xalqı sıx toplantılara və kütləvi tədbirlərə iştirakdan imtina etməyə çağıran Ruiz Gomez son zamanlar xəstəlik və ölüm sayında artım qeydə alındığını, bunda sosial hərəkətliliyin ciddi təsirinin olduğunu bildirib.

Səhiyyə naziri Ruiz Gomez yeni növ koronavirusdan (Kovid-19) ölənlərin sayının 101 min 302-yə, virusa yoluxanlarının sayının isə 3 milyon 997 minə çatdığını 3 milyon 714 min xəstənin sağaldığını bildirib. Ölkədə epidemiyadan ən çox təsirlənən şəhərlər arasında paytaxt Boqota və Antioquia əyalətinin olduğuna diqqət çəkən nazir reanimasiyada sıxlıq (85%-90% ) yaşandığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr