ABŞ qoşunlarının 50 faizdən çoxu Əfqanıstanı tərk edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Komandanlığı Əfqanıstanı tərk etmə fəaliyyətlərinin yarısından çoxunun tamamlandığını bildirib.

1663157
ABŞ qoşunlarının 50 faizdən çoxu Əfqanıstanı tərk edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Əfqanıstanı tərk etmə fəaliyyətlərinin yarısından çoxunun tamamlandığını bildirib. 

ABŞ Prezidenti Co Baydenin 11 sentyabr hücumlarının ildönümünə qədər bütün Amerika əsgərlərinin Əfqanıstanı tərk etməsinə dair qərarından sonra aprel ayının son həftəsində başlayan çıxma fəaliyyətləri davam edir.

CENTCOM-dan əsgərlərin ölkəni tərk etməsi ilə əlaqəli yayılan açıqlamada "Prezidentin qərarından bəri Amerika Birləşmiş Ştatları Əfqanıstandan 763 ədəd C-17 material çıxardı və Logistika agentliyinə məhv edilməsi üçün 14.790 texnika təhvil verildi" məlumatı yer alıb.

Açıqlamada çıxarılan texnikanın hamısının şəxsi heyətin istifadəsindən qalan materiallardan ibarət olduğu və böyük hesab edilə biləcək müdafiə alətləri və ya texnikaların olmadığı qeyd edilib.

ABŞ-ın Əfqanıstandakı 6 hərbi obyektini Əfqanıstan milli ordusuna təhvil verdiyi bildirilən açıqlamada "Mərkəzi Qüvvələr Komandanlığı çıxma işlərinin 50 faizdən çox hissəsinin tamamlandığını təxmin edir" ifadəsi  yer alıb.

Komandanlıq Əfqanıstanı tərk edən qoşun sayını hələ rəsmi olaraq açıqlamayıb.



Әlaqәli Xәbәrlәr