Liviya Türkiyə şirkətlərini geri dönməyə çağırıb

Liviyanın nəqliyyat naziri ölkəsinin 2011-ci ildən bəri silahlı qarşıdurmalardan ciddi şəkildə təsirləndiyini və bərpa işlərində iştirak etmələri üçün Türkiyədən şirkətlərin geri dönməsini istəyib.

1662731
Liviya Türkiyə şirkətlərini geri dönməyə çağırıb

Liviyanın nəqliyyat naziri Məhəmməd Səlim əl-Şehubi ölkəsinin 2011-ci ildən bəri silahlı qarşıdurmalardan ciddi şəkildə təsirləndiyini və bərpa işlərində iştirak etmələri üçün Türkiyədən şirkətlərin geri dönməsini istəyib.

Şehubi Nazirlikdə Türkiyənin Tripolidəki səfiri Kənan Yılmaz ilə görüşüb.

Liviya hava məkanı üzərindəki uçuşa qadağan zonanın ləğvi üçün Türkiyədən kömək istəyən Şehubi səfir Yılmazla iki ölkə arasındakı münasibətlərlə bağlı bir çox məsələni müzakirə edib.

Şehubi 2011-ci ildən bəri şiddətli qarşıdurmaların yaşandığı Liviyaya Türkiyədən şirkətlərin geri dönərək ölkənin inşasında iştirak etməyə çağırıb.

17 fevral 2011-ci ildə Liviyada başlayan və 42 illik Qəzzafi hakimiyyətini sona çatdıran inqilabdan sonra bəzi bölgələrə və beynəlxalq hava limanna nəzarət edən silahlı qruplarla orduya bağlı qüvvələr arasında qarşıdurmalar baş vermiş, xüsusilə 2014-cü ildə hadisələrin artması qarşısında bir çox ölkə Liviyadakı diplomatik missiyalarını boşaldıb, vətəndaşlarını təxliyə etmişdi. 

Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında 5 fevralda İsveçrədə toplanan Liviya Siyasi Dialoq Forumu tərəfindən ölkədə 24 dekabr 2021-ci ildə keçirilməsi planlaşdırılan seçkilərə qədər Prezident Şurasının sədrliyinə Məhəmməd əl-Menfi, Prezident Şurasının Baş Nazirliyinə isə Əbdülhəmid Dibeybe seçilmişdi.



Әlaqәli Xәbәrlәr