Con Kirbi:“Türkiyə Əfqanıstan hava limanının təhlükəsizliyini öhdəsinə götürüb”

Türkiyə Əfqanıstanda qalmağı və Həmid Karzai adına hava limanını qorumağı qəbul edib. Bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi (John Kirby) deyib

1662390
Con Kirbi:“Türkiyə Əfqanıstan hava limanının təhlükəsizliyini öhdəsinə götürüb”

 

  Con Kirbi gündəlik mətbuat konfransında ünvanlanan sualları cavablandırıb. O qeyd edib ki, ABŞ-ın Əfqanıstandan qoşunlarının tamamilə çıxarılmasına dair təqvimdə dəyişiklik aparılmayıb.

  Ölkədəki təhlükəsizlik vəziyyəti yaxından izlədiklərinə diqqət çəkən sözçü Türkiyinin milli müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Lloyd Austin arasındakı telefon danışığında Kabil Həmid Karzai Hava Limanının təhlükəsizliyinin bərpası ilə əlaqədar razılıq əldə edilib-edilməməsinə dair ünvanlanan suala cavab olaraq deyib: “İki nazir arasındaki telefon danışığı keçən həftə prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Baydenin NATO Zirvəsi çərçivəsində keçirdikləri görüşün davamı xüsusiyyətini daşıyır. Türkiyə Əfqanıstan hava limanını qorumağa rəhbərliyi qəbul edib. Ancaq təfərrüatlar ilə əlaqəli danışıqlar sürür. Görüləsi daha çox iş var. Türkiyənin bu mövzuda ABŞ və beynəlxalq ictimaiyyətdən dəstək tələbini təhlil edirik”.



Әlaqәli Xәbәrlәr